Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 049 (The good shepherd)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

49. Yaxşı Çoban


Bu yaxınlarda maşınla gedəndə gözəl meşələrdən, meynələrdən, tarlalardan keçirdim. Birdən bir qoyun sürüsü gördüm.

Bilirsiniz, uşaqlar, qoyunlar, quzular yalnız çobanlarının səsini eşidirlər, başqalarına isə qulaq asmırlar.

Qoyunların və quzuların tez taqətdən düşdüyünü və özlərini müdafiə etməyə qadir olmadığını bilirdinizmi?

Qoyunların və quzuların itlərdən və ya atlatdan fərqli olaraq yol tapmağı bacarmadığını və asanlıqla yolunu azdığını bilirdinizmi? Qoyunların, quzuların onlara yol göstərən, onları qoruyan, onların qayğısına qalan çobana ehtiyacı var. Bizim də buna ehtiyacımız var.

Mən qoyun, yaxud quzu görəndə Rəbb İsanın bu sözü yadıma düşür.

İsa: "Yaxşı çoban Mənəm. Quzularım səsimi eşidir və Mənim ardımca gəlirlər."

İsa Yaxşı çobandır, biz də Onun quzularıyıq.

Bir dəfə İsa qoyunlar haqqında bir məsəl danışdı.

(Arxa planda qoyunların səsi eşidilir)

İsa: "Bir çobanın 100 qoyunu var idi. Çoban onları yaşıl otlaqlara, axan sulara aparırdı, vəhşi heyvanlardan qoruyurdu. Qoyunlar çobana yaxın olanda təhlükəsiz idi. Vəziyyətləri yaxşı idi. Axşam üstü çoban onları həmişəki kimi evə aparıb saydı: 97, 98, 99. Yalnız 99? Bir qoyun əskikdir! Yolunu azıb, itib. Köməksiz, yorğun itmiş qoyun zəif səslə köməyə çağırırdı. Yadda saxlayın ki, qoyunlar çobansız məhv olurlar.

Ancaq bu çoban, yaxşı çoban idi, o, qoyunu pis vəziyyətdə qoymadı. Onu tapana kimi kollarda axtardı. Tapanda çox sevindi, qoyununu çiyinlərinə qoyub evə apardı. Qoyun sağ-salamat sürüsünə qayıtdı.

Çoban dostlarına dedi: Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam.”

Bu qoyun çobana əziz və qiymətli idi. Çoban onu axtarıb tapdı. Onu sevirdi.

İsa Yaxşı çobandır.

Bəs sən İsanın səsini tanıyırsanmı? Onun ardınca gedirsənmi?

İsa ilə sən əmin-amanlıqdasan. İsa bizə lazım olanı verir. O həmişə bizimlədir və heç vaxt bizi pis vəziyyətdə qoymaz. Buna baxmayaraq, çox insan Ondan uzaqlaşır və öz yolu ilə gedir.

Oh, niyə insanlar belə edirlər?


Rollar: Aparıcı, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 07:03 AM | powered by PmWiki (pmwiki-2.3.3)