Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 005 (God loves you)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

5. Allah səni sevir


Salam, dostum! Çox əla ki, sən qulaq asırsan! Xoş gəlmisən!

Bu gün əhval-ruhiyyən necədir: şənsənmi, yoxsa qəmgin? Bəlkə özünü tənha hiss edirsən, yaxud nədənsə qorxursan? Bir yerin ağrıyırmı, yoxsa yox?

Mən bilmirəm, sən özünü necə hiss edirsən, amma sənə bu gün çox gözəl bir şey söyləmək istəyirəm: Allah səni sevir! O səni olduğun kimi sevir! Yaşayan Allah hələ göyü və yeri yaradarkən sənin barəndə düşünürdü. Sən anadan olmamışdan əvvəl belə, sənə görə şadlanırdı.

(Allahın məhəbbəti haqqında ilahini verin, yaxud bir oğlan və ya qız musiqi müşayiəti ilə onu oxuya bilirlər)

İlahi:

İsa uşaqları sevir

Dünyanın hər yerində!

Qızıl, ağ, qara, sarı,

Hər kəs əziz, dəyərli

İsa bütün balacaları sevir!

İsa Qolqofada öldü

Bütün uşaqlar üçün!

Qızıl, ağ, qara, sarı,

Hər kəs əziz, dəyərli

İsa bütün balacaları sevir!

Allah dünyada yaşayan hər kəsi – uşaqları da, böyükləri də çox sevir. Buna görə O hər kəsə heyranedici bir hədiyyə verib. Bu hədiyyə haqqında İncildə oxuyuruq:

“Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəhya Müjdəsi 3:16).

Allahın məhəbbəti böyükdür. O, günahlarımız üçün ölsün deyə Oğlunu dünyaya göndərdi. İsa dəfn edildi, lakin üç gün sonra Allah Onu ölümdən diriltdi. İndi Allah səni Rəbb İsa Məsihə iman etməyə, Onu öz Xilaskarın və Rəbbin olaraq qəbul etməyə dəvət edir.

Allahın səsi: “Səni əbədi bir məhəbbətlə sevdim, buna görə də sevgi ilə səni Özümə tərəf çəkdim” (Yeremya 31:3).

Dostum, sən Allahın dəvətini qəbul edəcəksənmi? O halda sən sevinc əldə edəcəksən və artıq heç nədən qorxmayacaqsan. Allah daim səninlədir. Onun məhəbbəti əsla tükənməz! Bəs sənin dostlarının bundan xəbəri varmı? Allahın onları nə qədər sevdiyini onlara sən danış!


Rollar: Aparıcı, Allahın səsi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:08 AM | powered by PmWiki (pmwiki-2.3.3)