STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 010 (A Christmas quiz)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

10. Milad viktorinası


Bu gün bizdə, söz verdiyimiz kimi, Milad viktorinası olacaq, uşaqlar.

Qız uşağı: “Ümid edirəm ki, bütün cavabları taparam!” Mən də belə ümid edirəm!

Milad Rəbb İsanın doğum günü bayramıdır. İnsanlar bütün dünyada ilbəil İsanın doğum gününü qeyd edirlər. Mən də qeyd edirəm. Dünyanın Xilaskarının doğulması məni çox sevindirir. İsa 2000 il bundan əvvəl doğulanda gecənin yarısında mələklər yer üzünə endilər. Bir mələk, qoyunlarına baxan çobanlara “Qorxmayın!” dedi. “Sizin üçün xoş xəbər var. Sevinin! Davudun şəhərində Xilaskar doğuldu; O, Rəbdir, İsa Məsihdir. Axurda yatan bələnmiş Körpə tapacaqsınız.” Qəflətən “Allaha izzət olsun! Xilaskar doğuldu!” deyən çoxsaylı mələk ordusu göründü. Allah insanları çox sevir və səni də sevir!

İndi isə Milad viktorinamıza start verək! Hazırsınızmı? Mən hər sualın iki mümkün cavab variantını verəcəyəm: biri düz, biri isə səhv olacaq. Siz düz cavabı qeyd etməlisiniz. Gəlin, başlayaq!

1. İsa hansı şəhərdə doğuldu? Bet-Lexemdə, yoxsa Qahirədə?

2. İsanın anasının adı nə idi? Sara, yoxsa Məryəm?

3. Yusifin peşəsi nə idi? Elektrik, yoxsa dülgər?

4. Mələklər dünyanın Xilaskarının doğulmasını kimə xəbər verdilər? Çobanlara, yoxsa Hiroda?

Cavablarınızı bizə elektron poçtla göndərə bilərsiniz. Adi poçtla da göndərə bilərsiniz, o şərtlə ki, öz ünvanınızı və yaşınızı yazasınız, onda biz sizə mütləq cavab verəcəyik.

Qız uşağı: “Əla! Mən elə indicə yazacağam!”

Sizə bir məsləhətim var, uşaqlar. İncil Kitabınız varsa, Luka Müjdəsinin 2-ci fəslini oxuyun, İsanın doğulması orada nəql olunur. Düz cavabları da oradan tapa bilərsiniz.


Rollar: Aparıcı, uşaq

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 28, 2017, at 06:15 AM | powered by PmWiki (pmwiki-2.3.3)