Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 159 (Whoever digs a hole 4)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

159. Özgəsinə quyu qazan 4


Bədxah Hamanı dəhşət bürüdü. O az qala huşunu itirmişdi. Farsda yaşayan bütün yəhudilərlə birlikdə dar ağacından asdırmaq istədiyi Mordokayı bütün xalqın önündə necə şərəfləndirəcəyini təsəvvürünə gətirə bilmirdi.

Haman var olan Allahın, Öz xalqını sevən və qoruyan Allahın nə edəcəyini heç düşünməmişdi.

Hələ axşam başına gələcəkləri bilsəydi Haman ... O hələ də padşahla yeməyə dəvət edildiyinə görə lovğalanmağa davam edirdi. Mələkə Ester qonaqlarını qəbul etməyə yaxşı hazırlanmışdı.

Esterin Mordokayın əmisi qızı olduğundan sarayda heç kəsin xəbəri yox idi. O axşam padşah Axaşveroş Esterin hər arzusunu yerinə yetirmək istəyirdi.

Padşah: "Mələkə Ester, arzun nədir? Padşahlığımın yarısını belə, istəsən, verəcəyəm."

Ester: "Padşahımın gözündə lütf tapmışamsa, istəyim budur ki, mənə həyat bəxş etsin və xalqıma qıymasın. Çünki həm mən, həm də yəhudi xalqım qırılmaq, öldürülmək, məhv edilmək üzrə satılmışıq."

Padşah (qəzəblə): "Bu işi kim etmişdir? Ürəyində belə istəyi olan haradadır?"

Ester: "Bizə nifrət edən düşmənimiz bu bədxah Hamandır."

Padşahın qəzəbi alovlandı. Hamanın yalvarışlarının xeyri olmadı. Xidmətçilər onun üzünü bağlayıb apardılar. Haman Mordokay üçün düzəltdirdiyi dar ağacından özü asıldı.

Qız: "Bəli, özgəsinə quyu qazan, özü düşər!"

Haman yəhudiləri məhv etmək istəyən birinci adam deyil idi və axırıncı adam olmayacaqdı. Lakin Allah xalqını qoruyur. Allah bu hiyləgər planı pozmuşdur.

Çünki Allahın planı, Xilaskar İsanın yəhudi xalqında doğulması idi. Və Allahın istədiyi hər şey həyata keçir.

Hətta padşah Axaşveroş belə, Allahın əlində idi.

Padşah: "Padşahın fərmanı: Mənim padşahlığımda hər yəhudinin özünü müdafiə etməyə haqqı vardır."

Padşahın qasidləri ən sürətli atlara minib bu fərmanı ölkənin hər vilayətinə yaydılar. Yəhudilərin ən qəddar düşməni Haman 13 dekabrı bütün yəhudilərin ölüm günü olaraq elan etmişdi, lakin o gün yəhudilər üçün sevinc günü oldu, çünki o gündə onlar düşmənlərinə qalib gəldilər.

14 dekabrda yəhudilər qələbəni qeyd etdilər, bir-birinə hədiyyələr verdilər və yeməklərini yoxsullarla bölüşdülər.

Kədər sevincə döndü. Allah xalqı İsraili seçdi və qorudu.

Son söz həmişə Allahındır!


Rollar: Aparıcı, padşah, Ester, qız

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 09, 2017, at 07:04 AM | powered by PmWiki (pmwiki-2.3.3)