Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 110 (Only 8 and already King)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

110. 8 yaşında padşah


(vurnuxma səsi) Padşah Amona sui-qəsd hazırlamışdılar.

Amon adının mənası sadiq və etibarlı deməkdir. Lakin bu padşah nə sadiq idi, nə də etibarlı. Xüsusilə Allahla münasibətində. O, taxtadan və daşdan qayırılmış bütlərə pərəstiş edirdi. Bütpərəstlik Allaha qarşı təhqirdir.

Xidmətçi: "Biz onu öldürəcəyik. O öz otağındadır."

(qapının açılması, təşviş və çığırtı səsi)

Padşah Amon öz xidmətçiləri tərəfindən öldürüldü və ondan sonra oğlu padşah oldu.

Siz Yoşiya haqqında eşitmisinizmi? O hələ 8 yaşında ikən padşah oldu.

Görəsən, o da atası kimi Allaha xor baxdımı? Yoxsa Allahı sevdimi?

Müqəddəs Kitabda Yoşiyanın həyatı çox gözəl təsvir olunur: Yoşiya Allahın gözündə doğru olan işlər etdi.

Bəs sənin haqqında belə demək olarmı? “Allahın gözündə doğru olanı etmək” sənin şüarın ola bilər, axı İsa bizi Allahın gözündə doğru olmayan bütün işlərə görə bağışlayır. Sən də İsanın səni bağışlamasını diləyə bilərsən. O səni eşidir.

Yoşiya Allahı sevirdi. O böyüyəndə ölkədəki bütlərin hamısını dağıtdı, Allahı təhqir edən hər şeyi məhv etdi.

Düşün, bəlkə sən də həyatını təmizləməlisən? Bəlkə sən həyatından ədəbsiz videoları, jurnalları yığışdırmalısan? Bəlkə yatağının altında və ya şkafında saxladığın, Allaha xoş gəlməyən hər şeyi atmalısan?

Yoşiya həyatını nizama saldı. Allahı sevdiyi üçün bunu canla-başla etdi.

Yoşiya: "Məbədə baxın! Allahın evi zibilliyə oxşayır! Bu, Allahımıza təhqirdir! Tikinti materialları alın və işə başlayın!" (tikinti səsi)

Kahin: "Görün, mən nə tapmışam! Bu tumarlar, bax, o küncdə idi. Onları dərhal padşah Yoşiyaya aparmalıyıq."

Allahın müqəddəs Kəlamı bir küncə atılmışdı! Təəccüblü deyil ki, Allah onların həyatında birinci yerdə deyil idi.

Kahin: "Ey padşah Yoşiya, bu tumarları tozun içində tapdıq."

Padşah Yoşiya: "Onları mənə ucadan oxu."

Kahin oxudu. Allahı ürəkdən sevməyənlərin aqibəti haqqında yazılanlar padşaha çox təsir etdi. O, yerə oturub ağlamağa başladı. Xalqının Allaha xor baxdığına, Allahı incitdiyinə görə kədərləndi.

Bir müddət sonra Allah padşah Yoşiyaya dedi:

Allah: "Mən bu şəhəri cəzalandıracağam. Sənə isə rəhm edəcəyəm, çünki sən Məni sevirsən."

Padşah Yoşiya uşaqlarla böyükləri ibadətə dəvət etdi, Allahı sevsinlər və həyatlarında Allaha birinci yer versinlər deyə onlara nəsihət verdi.

Bəs siz, uşaqlar, orada olsaydınız, padşah Yoşiyanın dəvətini qəbul edərdinizmi?


Rollar: Aparıcı, xidmətçi, Yoşiya, kahin, Allahın səsi

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 07, 2017, at 05:36 AM | powered by PmWiki (pmwiki-2.3.3)