Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 096 (My parents are separated)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

96. Valideynlərim boşanıblar


Qız: "Əla bir oyun idi."

Oğlan: "Viktorinanı qazanan biz olduq."

Qız: "Lovğa!"

Gınclər toplantısı qurtarandan sonra uşaqların kefi yaxşı idi. Yalnız Sevda kefsiz idi.

Aparıcı: "Sevda, sənə nə olub? Sən bu gün bir az qəribə görünürsən. Bir dərdinmi var?"

Sevda: "Həyatımdan bezmişəm. Atam artıq evə gəlmir, bizimlə yaşamır. Başqa yerə köçüb. Məni və bacımı atıb gedib. Anam deyir ki, o bizi atıb başqa qadınla yaşayır. O qadını bizdən çox sevir!"

Aparıcı: "Əlbəttə, bu sənə çox pis təsir edir. Mən bilirəm, valideynlərin boşanması nə deməkdir."

Sevda: "O bizi atıb gedəndən sonra elə bil, başımızın üstünü qara buludlar aldı."

Aparıcı: "Sən də özünü atılmış hiss edərsən, elə deyil?"

Sevda: "O qadına nifrət edirəm. Çünki o bizi atadan məhrum etdi. Sizcə, o havaxtsa evə qayıdar? İsa bu problemi həll edə bilər?"

Aparıcı: "Sevda, qızım, bilirsən, əlbəttə ki, İsa hər şeyə qadirdir və O hər ailənin xoşbəxt olmasını, heç vaxt boşanmamasını istəyir. Amma bir problem var."

Sevda: "Nə problem?"

Aparıcı: "Problem insanlardadır. İnsanlar İsanın istədiyini etmək istəmirlər, yollarını azıb boşanırlar. Bundan əziyyət çəkən uşaqlardır. Belə hal həmişə uşaqları yaralayır."

Sevda: „Mən çox arzu edərdim ki, atam evə qayıtsın və hər şey əvvəlki kimi olsun."

Aparıcı: "Mən bunun üçün dua edəcəyəm. İsanın da belə olmasını istədiyini bilirəm. Ancaq belə olmasa belə, qızım, sən bilməlisən ki, İsa bütün yaralarını sağalda bilər. Düzdür, yaraların sağalması bəzən uzun çəkər."

Sevda: "Hər dəfə atam yadıma düşəndə göz yaşlarımı saxlaya bilmirəm."

Aparıcı: "Mən səni başa düşürəm. Bax, İsa sənə bu vərəqdə yazılmış sözlərlə təsəlli vermək istəyir. Oxu."

Sevda: "Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər."

Aparıcı: "İnsanlar bizi atarlar, pis vəziyyətdə qoyarlar, lakin İsa əsla belə etməz. Sən İsanın hüzurunda ağlaya bilərsən, qəlbini açıb boşalda bilərsən. O həmişə sənə yaxındır. Bu vərəqi sənə verirəm, burada yazılan sözlər sənə həmişə bunu xatırlatsın."

Sevda: "Çox sağ olun. Olar, bir gün yenə sizinlə söhbət etməyə gəlim?"

Aparıcı: "Əlbəttə, qızım! Mən həmişə sənin üçün vaxt taparam."

Sevda: "İndi mən artıq getməliyəm. Görüşərik!"

Aparıcı: "Sağ ol, Sevda, görüşərik. İstəyirsən, mənə məktub yaz.“


Rollar: Aparıcı, Sevda, oğlan, qız

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:30 AM | powered by PmWiki (pmwiki-2.3.3)