Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 095 (I can’t see him)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

95. Allahın üzünü görməsəm belə


Bu gün bizə Əminə adlı bir qızdan məktub gəldi. Görək, Əminə bizə nə yazır?

(Zərfin cırılıb açılması və məktubun çıxarılması eşidilir)

Əminə: "Salam! Verilişləriniz çox-çox xoşuma gəlir. Mən musiqiyə, ilahi nəğmələrə, şeirlərə saatlarla qulaq asa bilərəm. 10 yaşım var və mən Müqəddəs Kitabdan hekayələrə qulaq asmağı sevirəm. Çox sevinirəm ki, Allah məni sevir. Ən sevdiyim mövzu dindir. Sağ olun. Sizin sadiq dinləyiciniz Əminə."

Çox sağ ol, Əminə. Madam ki musiqi və şeir sənin xoşuna gəlir, biz də sənin üçün gözəl musiqini və şeiri təqdim edəcəyik.

Gəlin birlikdə qulaq asaq, uşaqlar.

(musiqi çalır) Aparıcı ucadan oxuyur:

Allahın üzünü görməsəm belə,

Qulağım səsini duymasa belə,

İsanın Şəxsində O bizimlədir,

İmansız bu sözü qanmasa belə.

Çoxları imanlı oldu yalandan,

Çoxları Allahı çıxartdı yaddan,

Məsihçi adına ləkə gətirən

Adamlardır xalqı yoldan çıxardan.

İsaya vəfalı qalırıqsa biz,

Müqəddəs yolunu tuturuqsa biz,

İnsanlar İsanı görürlər bizdə

Beləcə ucalır bizim Rəbbimiz.

Bax, bu Kainatı saxlayan Kimdir?

Bizi min bəladan qoruyan Kimdir?

Hamını yaradan, yaşadan Allah

Hamının Atası, mənim Rəbbimdir.

Allahın üzünü görməsəm belə,

Qulağım səsini duymasa belə,

İsanın Şəxsində O bizimlədir,

İmansız bu sözü qanmasa belə.

Sevinin, uşaqlar! Rəbb buradadır. O həmişə hər birinizin yanındadır.

İsa dedi: Bilin ki, mən dünyanın qurtaracağınadək hər gün sizinləyəm. (Matta Müjdəsi 28:20)


Rollar: Aparıcı, Əminə

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:35 PM | powered by PmWiki (pmwiki-2.3.3)