STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 141 (Up at 5.00 o‘clock 2) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
141. Səhər saat 5:00-də duran oğlan 2(zəngli saat çalır) Səhər saat 5-də zəngli saat çaldı. Hadson Teylor yataqdan durdu. Oğlan: "Nə olub? Hələ çox tezdir!" O istəmişdi ki, sakit şəraitdə yayınmadan Müqəddəs Kitabı oxumağa çox vaxtı olsun. Onun arzusu müjdəçi olmaq idi və səhər tezdən durub Kitabı oxuması onun müjdəçi həyatına hazırlaşmasında ilk addım idi. Bundan əlavə Hadson fiziki cəhətdən qüvvətlənmək üçün idmanla məşğul olmağa başladı. Bu, 150 il bundan əvvəl idi. Hadson Teylor Rəbb İsanı sevir və müjdəçi olmaq istəyirdi. (qapı döyülür) H. T.: "Salam, pastor. Mən Çin haqqında oxumaq istəyirəm. Sizdə belə bir kitab varmı?" Pastor: "Nə əcəb sən Çin haqqında oxumaq istəyirsən?" H. T.: "Çünki İsa istəyir ki, mən orada müjdəçi olum." Pastor: "Bəs sən Çinə necə gedəcəksən?" H. T.: "Hələ bilmirəm. Rəbb İsaya ümid bağlamışam. O Özü məni oraya aparacaq." İsaya güvənmək son dərəcə önəmlidir. Biz bunu öyrənməliyik. Hadson Teylor İsa ilə bir məsələ haqqında razılaşmışdı və bu razılıq ona çox kömək etdi. H. T.: "Ya Rəbb İsa, mən bütün ehtiyaclarımla yalnız Sənə üz tutacağam." Hadson varlı deyil idi. Bir dəfə onun yalnız yarım kron pulu qalmışdı, bu da 3 dollara bərabərdi. Bununla belə, o həmişə sevincliydi və kasıblara baş çəkirdi. Kişi: "Cənab Teylor, xahiş edirəm, gəlin, həyat yoldaşıma görə dua edin. O, çox xəstədir." O adam Hadsonu balaca kirli bir otağa apardı. Hadson xəstə arvadı ilə ac uşaqlarını görəndə onlar üçün dua edib, son pulunu onlara verdi. Özündə yeməyə pul qalmadığını Rəbb İsadan başqa heç kəsə bildirmədi. İsa da onu inamına görə mükafatlandırdı. Bir möcüzə oldu – naməlum şəxsdən poçtla 12 dollar pul gəldi! Xəstə qadın da sağaldı. Hadson doktor Hardi üçün işləyirdi. Doktor yaxşı həkim idi, ancaq çox unutqan idi. Doktor Hardi: "Cənab Teylor, mən sizə maaşınızı verdimmi?" H. T.: "Xeyr." Doktor Hardi: "Bağışlayın, pulu artıq banka aparmışam. Siz yadıma salmalıydınız." Lakin Hadson belə etsəydi, ehtiyaclarını yalnız İsaya bildirəcəyinə dair verdiyi sözünə əməl etməzdi. Hadson bu vəziyyətdə kirayə pulunu necə verəcəyini düşünürdü ki, birdən doktor Hardi bir daha ona yaxınlaşdı. Doktor Hardi: "Budur maaşınız. Bir xəstə gəlib hesabı əvvəlcədən ödədi." Beləcə İsa Hadsonun qeydinə qalırdı. İsa Ona ümid bağlayan hər kəsin qeydinə qalır. Hadson daha sonra Londonda tibb oxudu. Universitetdəki xəstəxanada onun başına dəhşətli bir iş gəldi. Bu haqda mən sizə növbəti verilişdə danışacağam. Rollar: Aparıcı, Hadson Teylor, pastor, Doktor Hardi, oğlan, kişi © Müəlliflik hüququ: CEF Germany |