Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 100 (Join us)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

100. Bizə qoşulun


Nailə balet kursuna gedir. Tahirə tətildə atçılıq kurslarına getmək istəyir. Mahir cüdo məktəbini uğurla bitirmişdir.

Mən də sizə inanılmaz dərəcədə maraqlı və faydalı Müqəddəs Kitab kursuna yazılmağı təklif edirəm.

Bu kurs əladır. O pulsuz keçirilir. Kursda viktorinalar var, maraqlı suallara cavab vermək, gizli yazıların şifrini açmaq lazım olur. Eyni zamanda siz bu kursda Allah və özünüz haqqında çox şeylər öyrənirsiniz!

Mirvari: „Mən bu kursa yazılmaq istəyirəm. Bunun üçün nə etməliyəm?“

Mənə yazın, uşaqlar. Mən də sizə bu kursu göndərəcəyəm. Məktublarınızı gözləyirəm.

Cavid bu kursu artıq keçmişdir, kursun beş hissəsinin hamısını bitirmişdir.

Cavid: „Çox maraqlı oldu, mən heç darıxmadım.“

Mirvari: „Mən fikirləşirəm ki, bu kursa yazılmasam, çox şey itirərəm.“

Mən də belə fikirləşirəm. Sən gərək Müqəddəs Kitab kursumuza bu gün yazılasan.

Siz də, uşaqlar, kursumuza bu gün başlaya bilərsiniz.

Kursu keçmək istəyən dostlarınız varsa, onlara da danışın. Onda hamınız birlikdə kurs materiallarını sifariş edə bilərsiniz.

Bilirsiniz, uşaqlar, on iki yaşında Müqəddəs Kitabı çox yaxşı bilən və biliyi ilə böyükləri belə heyrətə salan Kimdir? Din alimləri belə, o Uşağın verdiyi suallara və cavablara heyran idilər.

Bu, təqribən 2000 il bundan əvvəl Yerusəlimdəki məbəddə baş vermişdir. O Uşağın adı nə idi?

Yəqin ki, bilirsiniz. O, Allahın Oğlu İsa idi.

Bizim Müqəddəs Kitab kursu vasitəsilə siz İsanı və kəlamını daha yaxşı tanıya biləcəksiniz.

Kursumuza qoşulun və Müqəddəs Kitabı öyrənin. Bu Kitabı oxuyanlar çox müdrik olurlar.

Mirvari: „Mən bu kursa mütləq yazılacağam!“

Bəs siz, uşaqlar? Məktublarınızı gözləyirik. Siz də yazılmağa qərar versəniz, çox şad olarıq.

Əgər siz uşaqlar üçün Müqəddəs Kitab kursumuzu təşkil etmək istəyirsinizsə, biz sizə materialları göndərəcəyik və siz onları tərcümə edib istifadə edə bilərsiniz.


Rollar: Aparıcı, Mirvari, Cavid

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on August 31, 2017, at 07:33 AM | powered by PmWiki (pmwiki-2.3.3)