Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 029 (Behind closed doors)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

29. Bağlı qapı arxasında


Şagird: „Yəhya, qapını qıfılla bağla – mən onlara güvənmirəm. Öncə İsanı öldürdülər, sonra bizim dalımızca da gələcəklər.” (qapı qıfılla bağlanır)

İsanın şagirdləri ruhdan düşmüş halda bağlı qapı arxasında oturmuşdular. Baxmayaraq ki, Məryəm İsa ilə görüşdüyünü onlara danışmışdı, onlar İsanın dirildiyini hələ anlamamışdılar.

(qapı döyülür)

Xammaya gedən 1-ci şagird: “Bizik!”

Xammaya gedən 2-ci şagird: “Açın!”

Şagird: “Kleopa, siz kəndinizə qayıtmamısınız?”

Xammaya gedən 1-ci şagird: “Biz İsanı gördük! Onunla danışdıq! O yaşayır!”

Şagird: “İsanı harada gördünüz? Danışın!”

Xammaya gedən 2-ci şagird: “Birinci Onu tanımamışdıq.”

Xammaya gedən 1-ci şagird: “Bu iş belə oldu: biz danışa-danışa yol gedirdik. Birdən bir adam bizə qoşuldı və bizimlə söhbət etdi.”

Xammaya gedən 2-ci şagird: “Soruşdu ki, nə barədə danışırsınız? Mən də Ona dedim ki, Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən – İsanın çarmıxa çəkildiyindən xəbəri olmayan bircə sənsənmi? O da bizə başa saldı ki, Allah bunu əvvəlcədən belə planlaşdırıb və bu belə olmalı idi.”

Xammaya gedən 1-ci şagird: “O, Müqəddəs Yazıları çox yaxşı bilirdi. Onunla söhbət etdikcə narahatçılıq hiss etmirdik. Biz kəndə çatanda artıq hava qaralmışdı.”

Xammaya gedən 2-ci şagird: “Biz onu bizimlə şam yeməyə dəvət etdik. Onda hər şey aydın oldu: o Adam çörəyi götürdü, dua edib kəsdi və bizə verdi. O anda biz Onu tanıdıq: İSA! Ancaq biz Onu tanıyan kimi, O qeyb oldu. Gözlərimizin qabağında görünməz oldu.”

Xammaya gedən 1-ci şagird: “Doğrudan belə oldu, doğrudan! Biz İsa ilə danışdıq, sonra isə mümkün qədər tez buraya qayıtdıq ki, Onun yaşadığını sizə danışaq.”

İnsanlar İsa ilə görüşəndə bu xəbəri saxlaya bilmirlər, bundan başqalarına danışmaq istəyirlər. İki şagird Xamma kəndinə gedən yolda baş verən hadisədən başqalarına danışarkən, birdən İsa Özü otaqda peyda oldu.

Əllərini, ayaqlarını onlara göstərdi.

İsa: “Sizə salam olsun! Bu Mənəm.”

Ondan sonra şagirdlər iman etdilər. İsa haqqında eşitmək yaxşıdır. İsa ilə görüşmək insanın şübhələrini dağıdır və ona sevinc verir.

Növbəti verilişdə Rəna ilə Sevinc bizə İsa ilə necə tanış olduqlarından danışacaqlar.


Rollar: Aparıcı, şagird, Xammaya gedən 2 şagird, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:11 PM | powered by PmWiki (pmwiki-2.3.3)