STORIES for CHILDREN by Sister Farida

(www.wol-children.net)

Search in "Azeri":

Home -- Azeri -- Perform a PLAY -- 097 (Whoever won’t listen 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

97. Kim qulaq asmasa 1


(çəkic taqqıltısı eşidilir)

1-ci kişi: "Yenə başladı!"

Qadın: "Adamı necə əsəbiləşdirir!"

2-ci kişi: "Dünyada onun kimi qəribə adam yoxdur. Guya Allah ona deyib ki, yağış yağacaq."

Amma Allah həqiqətən ona bunu demişdi.

Allah dedi: "Mən qərara gəldim ki, yer üzündə yaşayan hər kəsi məhv edəcəyəm. Onların fikirləri və əməlləri başdan-başa pislikdir."

Allahı düşünən bircə nəfər var idi – o da Nuh idi. Bunun üçün Nuha çox cəsarət lazım idi. Şər Nuhu yoldan çıxara bilmirdi. Nuh möhkəm dayanır, Allahın hər dediyinə əməl edirdi. Allah Nuhdan çox razı idi.

Allah dedi: "Nuh, ağacdan bir gəmi qayır. Mən böyük bir tufan göndərəcəyəm. Yaşayan hər şey batacaq, ancaq səninlə arvadını və oğullarınla arvadlarını xilas edəcəyəm."

Nuh Allahın dediyinə əməl etdi, oğulları ilə birgə Allahın göstərişlərinə görə bir gəmi qayırdı. Gəminin uzunluğu haradasa 150 metr, eni 20 metr və hündürlüyü 12 metr idi. Gəmidə üç mərtəbə qurdu və hər mərtəbəni çoxlu otaqlara böldü. Gəminin bir qapısı və dam üstündəki bir pəncərəsi var idi. Gəmi daxildən və xaricdən ziftlənmişdi.

Qonşularının onlara necə lağ etdiklərini təsəvvürünüzə gətirin.

1-ci kişi: "Nuh ağlını itirib. Bu qayıq harada üzəcək? Su haradan gələcək?"

2-ci kişi: "Suyun göydən tökülməsini ömrümdə görməmişəm. Ay Nuh, ağlını başına topla, bu mənasız işdən əl çək və həyatdan həzz al!"

Lakin Nuh əl çəkmədi. Allahın ona dediyini etməyə davam etdi. İllərlə yorulmadan çalışdı. Axırda gəmi hazır oldu.

Allah dedi: "Nuh, ailənlə sən – gəmiyə girin. Hər növ heyvandan bir cüt götürün və gəmini hamıya kifayət edəcək qədər ərzaqla doldurun. Bir həftədən sonra Mən 40 gün, 40 gecə durmadan yerə yağış yağdıracağam."

Nuh heç vaxt yağış görməsə də, Allahın hər dediyinə əməl etməyə davam etdi. Ailəsi ilə birlikdə gəmiyə girdi. Heyvanlar da gəldilər. Elə bil, yer üzünə gələn fəlakəti hiss etmişdilər.

Hamı gəminin tək qapısından içəri girdi.

Nuhun arxasında qapını bağlayan Allahın Özü idi. Allah Ona güvənənləri, sözünə əməl edənləri xilas etdi.

Bəs başqaları necə oldular? Onlar Allaha iman etmədilər.

İlk yağış damcıları göydən yerə düşəndə insanlar birdən anladılar ki, Allah hər sözünü yerinə yetirir.

Ondan sonra baş verənləri sizə növbəti verilişdə danışacağam.


Rollar: Aparıcı, iki kişi, qadın, Allah

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:37 PM | powered by PmWiki (pmwiki-2.3.3)