Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 134 (STOP 2)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

134. STOP 2


Qız: "Həyat məktəbi, 1-ci dərsdəyik. Bu gün biz STOP – "Dayanmadan keçmək qadağandır" nişanından söhbət edəcəyik."

(yol hərəkəti səs-küy törədir)

Oğlan: "Bu sürücü dəlidirmi? STOP nişanı olan yerdən yüksək sürətlə keçib!"

Qız: "Bəlkə tələsir."

Müqəddəs Kitabda biz həmçinin çox tələsən bir adam haqqında oxuyuruq. O adamdan Hər şeyi gözləmək mümkün idi. Hamı ondan qorxurdu. Onun fikri zorakılıq və qatilliklə dolu idi. Onun üzündən çox insan əziyyət çəkirdi.

Şaul: "Bütün məsihçiləri məhv edəcəyik. İsanı Allahın Oğlu adlandıran hər kəsi yox edəcəyik. Gərək Dəməşqə gedək."

Şaul kişili-qadınlı imanlıları məhv etmək arzusunda idi. Baş Kahin ona lazım olan icazəni vermişdi.

(ayaq səsləri) Şaul çox tələsirdi. Amma qəflətən dayandırıldı.

Göydən gələn bir işıq onun ətrafında parladı.

İsa: "Şaul! Şaul! Niyə Məni təqib edirsən?"

Şaul: "Ya Rəbb, Sən Kimsən?"

İsa: "Mən sənin təqib etdiyin İsayam. Qalx ayağa. Dəməşqə get, səndən nə istədiyimi orada öyrənəcəksən."

Şaulun yanında səyahət edən iki kişi səs eşitdi, lakin heç kəsi görmədi. Şaul ayağa qalxdı. Gözləri kor olmuşdu. Yoldaşları onu şəhərə apardılar.

İsa Şaulu dayandırdı. Onda Şaul həyatının səhv istiqamətdə getdiyini dərk etdi. O özünü Allaha məxsus bir adam sayırdı. Lakin bu doğru deyil idi! İsasız biz hamımız səhv yoldayıq və bu yol çox təhlükəlidir. Elə buna görə İsa Şaulu da, bu səhv yolu tutan başqa çoxlarını da dayandırmışdır.

Qız: "Mən ətrafımda parlayan işığı heç vaxt görməmişəm."

Allahın hər kəs üçün ayrı-ayrı "STOP nişanları" var.

Oğlan: "Məsələn, bir qəza və ya xəstəlik ola bilər. Bəz sizi hansı STOP nişanı səhv yolda dayandırıb?"

Mənim üçün bir vəz "STOP nişanı" olmuşdur. Amma çox vaxt başqa insanlar Allahın yolunda STOP nişanı kimi xidmət edirlər.

Qız: "Yaxşı, bəs Şaulun həyatı sonra necə oldu?"

Şaul səhv yolda olduğunu etiraf etdi, dua etdi. Üstündən üç gün keçəndən sonra bir adam onun yanına gəldi.

Xananya: "Əziz qardaşım Şaul, Rəbb İsa məni sənə göndərdi ki, gözlərin açılsın. Sən Müqəddəs Ruhla dolacaqsan və O sənə həyat yolunda güc-qüvvət verəcək."

Şaul o andaca yenə görməyə başladı.

Oğlan: "Bəs sonra?"

Şaulun əvvəldən öldürmək istədiyi məsihçilər ən yaxın dostları oldular. Şaul çoxlarını İsaya yönəltdi və onlara haqq yolu göstərdi.


Rollar: Aparıcı, qız, oğlan, Şaul, İsa, Xananya

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:54 PM | powered by PmWiki (pmwiki-2.3.3)