Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 067 (Proof of Jesus)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

67. İsanın şəxsiyyətinin təsdiqi


Sara: "Bütün bunların həqiqətn olduğunu mən necə bilim?"

Sən nə haqda danışırsan?

Sara: "İsa haqqında. Onun həqiqətən Allahın Oğlu olduğunu mənə sübut edə bilərsən?"

Bəs sən mənə Sara olduğunu sübut edə bilərsən?

Sara: "Bəli, şəhadətnaməm var. Heyf ki, İsanın şəhadətnaməsi yoxdur."

Mən sənə İsanın beş “şəhadətnaməsini” göstərəcəyəm!

Sara: "Onun beş “şəhadətnaməsi” var? Doğrudanmı?"

İsa birinci “şəhadətnaməsini” Allahdan alıb. O vəftiz olanda göydən bir səs gəlmişdi.

Allah (əks-səda ilə): "Bu Mənim sevimli Oğlumdur, Ona iman edin!"

İkinci “şəhadətnaməsi” Müqəddəs Kitabdır. Allahın Oğlu haqqında yazılmış hər peyğəmbərlik sözü İsada 100% yerinə yetmişdir.

Allahın Oğlunun üçüncü sübutu dirilməsidir. O yaşayır. Onu çoxlu şahidlər görüblər.

Dördüncü “şəhadətnaməsini” Ona insanlar veriblər. Onu tanıyanlar belə deyiblər:

Kişilər: "Həqiqətən, O, Allahın Oğludur."

Sara: "Hələ bir “şəhadətnaməsi” qalıb."

Yaxşı, Qalileyanın Qana kəndinə gedək və mən sənə İsanın şəxsiyyətini təsdiq edən beçinci “şəhadətnaməsini” göstərəcəyəm.

Qanada toy keçirdi. Kəndin sakinləri yeddi gün boyunca bəy və gəlinlə birlikdə şənlənirdilər. İsa ilə dostları da o toya dəvət olunmuşdular. Yeri gəlmişkən, dostları İsanın Allahın Oğlu olduğuna hələ əmin deyil idilər.

Qonaqlar çox razı idilər. Oxuyub oynayır, yeyib-içirdilər. Birdən bir problem yarandı: şərabları qurtardı. Evdə heç şərab qalmadı.

Sara: "Necə rüsvayçılıqdır!"

Məryəm bunu birinci gördü. İsaya bu haqda danışdı və İsa xidmətçilərə dedi:

İsa: "Qabları ağzınacan suyla doldurun."

Onlar quyudan 600 litr su gətirib yekə qabları doldurublar. Bəs sonra?

İsa: "Badəni doldurub toyağasına aparın. Qoy dadsın."

Toyağası bir qurtum içib ayağa qalxdı və tez-tələsik bəyin yanına getdi.

Toyağası: "Bu şərabı haradan tapdınız? Mən ömrümdə belə dadlı şərab içməmişəm."

İsa təmiz suyu ən yaxşı şəraba döndərmişdir!

Bu, İsanın etdiyi ilk möcüzə idi. Möcüzələr İsanın həqiqətən Allahın Oğlu olduğunu təsdiq edən “şəhadətnamə” dir. Bu möcüzəni görən şagirdlər İsaya iman gətirdilər.

Allahın Oğlunun şəxsiyyətini təsdiq edən beş “şəhadətnamə” vardır. Məncə, bunlar kifayət qədər inandırıcı sübutdur. Mən İsaya iman edirəm. Bəs siz Ona iman edirsinizmi, uşaqlar?


Rollar: Aparıcı, Sara, Allahın səsi, kişilər, İsa, toyağası

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:21 PM | powered by PmWiki (pmwiki-2.3.3)