Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 006 (9 to 1)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

6. 9-dan 1-i


Şagirdlər Rəbb İsa ilə dəfələrlə uzun yol getmişlər. İncil Kitabını oxuyarkən onların bütün İsraili gəzib-dolaşdıqlarını görürük. Şagirdlərin xüsusi üstünlüyü var idi – onlar İsanın yanında olub Onun xəstələrə şəfa verdiyini, Səmavi Atasına dua etdiyini, bir sözü ilə tufanı yatırdığını görmüşlər.

Luka Müjdəsində bir əhvalat yazılmışdır. İsayla şagirdləri Samariya ilə Qalileya arasındakı bir kənddə toz-torpaqlı yoldan keçirdilər.

Cüzamlılar: “Ya Rəbb İsa, bizə kömək ol!”

Yolun kənarında oturan on adam İsanı tanıyıb belə haray çəkdi.

Şagirdlər yaxınlaşıb bu on kişinin cüzamlı olduğunu gördülər. Cüzam dəhşətli xəstəlikdir – dəri üzərində ləkələr əmələ gəlir, sonra adamın qol-qıçını məhv edir.

Cüzamlılar cəmiyyətdən qovulmuşdular. Mağaralarda, yaxud tarlalarda yaşamağa məcbur idilər. Heç kəsə toxunmamalı idilər. Hər kəs onlardan uzaq qaçırdı. Ancaq İsa qaçmırdı.

Cüzamlılar: “Ey İsa, bizə kömək ol!”

İsa: “Gedin, özünüzü kahinə göstərin. O sizə baxsın.”

Beləliklə İsa bu adamları məbəddə ibadətlə məşğul olan və eyni zamanda tibb üzrə səlahiyyətli şəxs sayılan adamın – kahinin yanına göndərdi. Kahin bu adamlara cüzamdan paklanmış olduqlarını təsdiq edən sənədi verə bilərdi.

Cüzamlılar dərhal yola çıxdılar. Onlar hələ yolda ikən paklanmış olduqlarını anladılar:

Cüzamlılar: “Biz sağalmışıq! Dərimiz yenə pak olub!”

Onlardan biri geri dönüb Rəbb İsanın yanına yüyürdü. İsaya yaxınlaşıb önündə diz çökdü.

Cüzamlı: “Ya Rəbb, məni təkrar sağaltdığına görə Sənə çox-çox minnətdaram!”

İsa sevinci yerə-göyə sığmayan bu adama təəccüblə baxıb dedi:

İsa: “Məgər Mən on nəfərə şəfa vermədim? Bəs qalan doqquz adam haradadır? Yalnız bir nəfər Mənə təşəkkür etməyə gəlibmi?”

Bəli, yalnız bir nəfər! On nəfərdən biri İsaya təşəkkür etmişdir.

Bəs siz, uşaqlar? Siz bu gün İsaya nəyə görə təşəkkür edə bilərsiniz?


Rollar: Aparıcı, iki cüzamlı, İsa

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 13, 2017, at 01:01 PM | powered by PmWiki (pmwiki-2.3.3)