Home
Links
Contact
About us
Impressum
Site Map


YouTube Links
App Download


WATERS OF LIFE
WoL AUDIO


عربي
Aymara
Azərbaycanca
Bahasa Indones.
বাংলা
Български
Cebuano
Deutsch
Ελληνικά
English
Español-AM
Español-ES
فارسی
Français
Fulfulde
Gjuha shqipe
Guarani
հայերեն
한국어
עברית
हिन्दी
Italiano
Қазақша
Кыргызча
Македонски
മലയാളം
日本語
O‘zbek
Plattdüütsch
Português
پن٘جابی
Quechua
Română
Русский
Schwyzerdütsch
Srpski/Српски
Slovenščina
Svenska
தமிழ்
Türkçe
Українська
اردو
中文

Home -- Azeri -- Perform a PLAY -- 003 (Pig slop or banquet dining)

Previous Piece -- Next Piece

TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar

3. Donuzların süfrəsi, yoxsa ailə ziyafəti


Ata pəncərənin yanında dayanmışdı. Onun kədərli görünüşü var idi. Bir neçə gün əvvəl kiçik oğlu onu tərk etmişdi. Mirasının ona düşən payını götürüb getmişdi. Heç dönüb arxasına baxmamışdı!

Atası onu sevirdi. “Hardadır oğlum? Necədir?” – deyə düşünürdü.

Oğlu isə öz kefində idi. Pulu çox idi, dostu da əskik olmurdu. Gündə qonaqlıqda idi. Oynayıb-gülür, yeyib-içir, hətta pis-pis işlərlə məşğul olurdu. Bunların pis olduğunu bilirdi, lakin hamı kimi hərəkət edirdi. Pulu tezliklə tükəndi. Dostları da birdən yox oldu.

Oğlanın işsizliyi başına dərd oldu. Nəhayət, bir iş tapmağa müvəffəq oldu. Amma necə iş! Donuzlara baxmaq, onları çirkabla yedirtmək – oğlan bundan iyrənc bir işi təsəvvürünə gətirə bilməzdi! Mədəsi acından üzülürdü və o, donuzlara verdiyi çirkabdan belə, yeməyə razı olardı, lakin ona icazə verməzdilər. O ac halda, cırıq-cındır paltarda, üfunətdə donuzlarla oturub götür-qoy eləyirdi.

Atası onu sevirdi – o bunu heç düşünmüşdümü?

Birdən oğlan əzmlə ayağa qalxıb qəti qərara gəldi:

Oğul: “Evə qayıdacağam. Atama deyəcəyəm ki, yolumu azdığıma, ona qarşı günah etdiyimə görə peşmanam.”

Doğrudan da, itmiş oğul atasına qarşı etdiyi günahı etiraf etmək istəyirdi.

Təsəvvür edin: oğul hələ ata evindən xeyli uzaqda ikən, atası onu gördü. Oğlunu sevən ata oğlunu qarşılamağa qaçdı!

Oğul söz deməyə macal tapmamış, atası onu qucaqlayıb öpdü. Sevincinin həddi-hüdudu yox idi. Xidmətçilərini çağırıb əmr etdi:

Ata: “Tez olun! Təmiz paltar gətirin, üzük və ayaqqabı gətirin. Bayram süfrəsi hazırlayın! Oğlumun qayıtdığını şənliklə qeyd edək, şənlənək! Onu ölü sayıblar, lakin o yaşayır! O itmişdi, amma tapıldı və evə qayıtdı!”

Bu ata oğlunu çox sevdiyi kimi, Allah səni və məni çox sevir; və O istəyir ki, biz Onun yanına gələk və Onunla yaşayaq. Buna görə İsa bu hekayəni danışdı.

Dostum, Allahın səni nə qədər sevdiyini və Ona necə yaxınlaşa biləcəyini öyrənmək istəyirsənmi? Əgər istəyirsənsə, mənə məktub yaz!


Rollar: Aparıcı, oğul, ata

© Müəlliflik hüququ: CEF Germany

www.WoL-Children.net

Page last modified on September 01, 2017, at 02:59 PM | powered by PmWiki (pmwiki-2.3.3)