STORIES for CHILDREN by Sister Farida(www.wol-children.net) |
|
Home عربي |
Home -- Azeri -- Perform a PLAY -- 011 (Jesus is born) This page in: -- Albanian -- Arabic? -- Armenian -- Aymara -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- French -- Fulfulde -- German -- Greek -- Guarani -- Hebrew -- Hindi -- Indonesian -- Italian -- Japanese -- Kazakh -- Korean -- Kyrgyz -- Macedonian -- Malayalam? -- Platt (Low German) -- Portuguese -- Punjabi -- Quechua -- Romanian -- Russian -- Serbian -- Slovene -- Spanish-AM -- Spanish-ES -- Swedish -- Swiss German? -- Tamil -- Turkish -- Ukrainian -- Urdu -- Uzbek
TAMAŞALAR -- bunları başqa uşaqlar üçün qoyun!
Uşaqlarla birlikdə qoya biləcəyiniz tamaşalar
11. İsa doğuldu(çox adamın ayaq səsləri) Padşahın elçisi: “Ey Nazaret əhli! Padşahın fərmanına diqqətlə qulaq asın! Ölkədə siyahıyaalma keçiriləcək. Hər vətəndaş siyahıya alınmaq üçün öz doğma şəhərinə qayıtmalıdır. Bu xəbər sizə xoş gəlməyə bilər. Ancaq bilin ki, siz siyahıya alındıqdan sonra yenə buraya qayıda bilərsiniz. Qanuna tabe olun! Yadda saxlayın: Padşahın fərmanına tabe olmayan hər kəs cəzalandırılacaqdır!” Nazaret şəhəri təşvişə düşdü. Çox insan narazı oldu. Padşahın fərmanı onların planlarına uyğun gəlmirdi, amma Allahın planına uyğun gəlirdi. Məryəmlə Yusif də uzun səyahətə hazırlaşmağa məcbur oldular. Yusif padşah Davudun nəslindən idi və buna görə Bet-Lexem şəhərinə qayıtmalı idi. Səyahət xoş ola bilər, lakin 170 kilometr piyada getmək çətin ki, xoş ola! Məryəmə bu səyahət xüsusilə çətin gəldi, çünki o ilk övladına hamilə idi. O artıq Allahın Oğlunun anası olacağını bilirdi, çünki bir mələk bu şad xəbəri həm ona, həm də Yusifə bildirmişdi. Dünyanın Xilaskarı İsa, Allahın gözəl planı idi. Bet-Lexemə səyahət çox uzun idi. Onlar beş gün yol getmişdilər, amma hələ də çatmamışdılar. Məryəmlə Yusifə qalsaydı, belə səyahətə çıxmazdılar. Lakin bu, Allahın planının bir hissəsi idi və onlar itaət etdilər. Bet-Lexemdə başlarına gələn iş onları dilxor elədi. Mehmanxana sahibi: “Yer yoxdur. Bütün otaqlar doludur. Başqalarından soruşun. Gedin, burada sizə yer yoxdur!” Hər yerdə hər qapı üzlərinə bağlanırdı. Nəhayət, Məryəmlə Yusif bir tövlədə yer tapmağa müvəffəq oldular. Tövlə də Allahın planında idi. Orada gecə vaxtı möcüzə baş verdi – İsa doğuldu. Məryəm İsanı götürdü, bələyib axura qoydu. Allahın planı beləcə yerinə yetdi. Təsəvvür edin ki, bu olaydan 700 il əvvəl Allah Məsihin Bet-Lexemdə doğulacağını vəd etmişdi! Allah dünyanı o qədər sevirdi ki, planını yerinə yetirdi və Oğlunu bizə verdi. Rollar: Aparıcı, padşahın elçisi, mehmanxana sahibi © Müəlliflik hüququ: CEF Germany |